Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyası seksiyasının xarici üzvü seçilib

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyası seksiyasının xarici üzvü seçilib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib.

RSXM-də keçirilən toplantıda Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri, Elmi-Sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalını Q.Yetirmişliyə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: