Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Müqəddəs elm məbədi” mövzusunda elmi konfrans keçirilib
22.03.2015 00:00
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Müqəddəs elm məbədi” mövzusunda elmi konfrans keçirilib

Martın 19-da AMEA-nın 

Naxçıvan Bölməsində respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 illiyi ilə əlaqədar “Müqəddəs elm məbədi” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev AMEA-nın yaranma tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın yaradılması Azərbaycan ədəbi mühitinin inkişafında, elmi elitanın formalaşmasında mühüm rol oynamışdır. Xüsusilə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin Naxçıvan Bölməsi öz inkişafının zirvəsini yaşamışdır. Bu gün ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində AMEA öz inkişafını davam etdirir.

Konfransda Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “AMEA-nın yaranmasının 70-ci ilində tarix elminin inkişafı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “AMEA-nın yaranmasının 70-ci ilində dilçilik elminin inkişafı”, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “AMEA-nın yaranmasının 70-ci ilində kimya elminin inkişafı” , Bioresurslar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov “AMEA-nın yaranmasının 70-ci ilində biologiya elminin inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransa bölmənin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: