Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nüvə fizikası sahəsində aparılan tədqiqatların nəticələri müzakirə olunacaqdır
19.11.2013 00:00
  • A-
  • A
  • A+

Nüvə fizikası sahəsində aparılan tədqiqatların nəticələri müzakirə olunacaqdır

AMEA Fizika İnstitutunun alimləri avropalı həmkarları ilə birgə nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələri barədə hesabat verəcəklər. Bu məqsədlə noyabrın 21-də institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Övsat Abdinov Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyətdə olacaqlar. Üç gün davam edəcək səfər çərçivəsində Ukrayna, Belarus, Polşa, Çexiya və digər ölkələrin nümayəndələri ilə birgə aparılmış tədqiqatların nəticələri və gələcək planlar müzakirə olunacaqdır. Noyabrın 24-də isə Ö.Abdinov, institutun elmi işçisi Şəhla Xəlilova və Rusiyada uzunmüddətli tədqiqat aparan gənc alim Faiq Əhmədov İsveçrəyə ezam olunacaqlar. Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində ATLAS kollaborasiyası çərçivəsində aparılan müştərək elmi-tədqiqatlar müzakirə olunacaqdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: