Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları"na həsr olunmuş Beynəlxalq tədbir keçiriləcək
08.05.2015 14:40
  • A-
  • A
  • A+

"Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları"na həsr olunmuş Beynəlxalq tədbir keçiriləcək

14-18 sentyabr 2015-ci il tarixlərində Abşeron rayonu Novxanı qəsəbəsində "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları"na həsr olunmuş X Beynəlxalq seysmoloji seminar keçiriləcək.

Beynəlxalq seminar Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin mövzuları:

-          Rusiya Federasiyası, Azərbaycan və digər yaxın xarici ölkələrdə seysmik müşahidələrin indiki vəziyyəti.

-          Seysmoloji məlumatların emalı və təfsiri üçün yeni proqramlar.

-          Qafqazın seysmotektonikasının xüsusiyyətləri və onun seysmikliklə əlaqəsi.

-          Qafqazda seysmoloji müşahidələr.

-          Qafqaz regionunda maqnitudanın təyin olunmasının metodik aspektləri

Məqalələrin tərtibatına dair qoyulmuş tələblərlə tanış olmaq istəyənlər http://conf.gsras.ru/conf/documentation.htm elektoron ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, X Beynəlxalq Seysmoloji seminarın  materialları kitabça şəklində çap ediləcəkdir.

Daha ətraflı məlumatı http://seismology.az/az/news/160#.VUtVhvntmko linkindən əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: