www.science.az
12.05.2015 11:52

“Çanaqqala zəfəri: 1915-ci ildə I Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda konfrans keçiriləcək

Mayın 13-də saat 11:00-da AMEA-nın Əsas binasında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə  “Çanaqqala zəfəri: 1915-ci ildə I Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda konfrans keçiriləcək.

Tədbirdə “I Dünya müharibəsində böyük dövlətlərin Şərq siyasəti və Osmanlı imperiyası”, “Çanaqqala zəfərinin türk tarixində yeri və əhəmiyyəti”, “1915-ci ildə Osmanlı imperiyasında erməni siyasi təşkilatlarının terrorçu və təxribat fəaliyyətləri və nəticələri (Van hadisələri)” və s. mövzularda məruzələr dinləniləcək. 

Ünvan: Bakı şəh., H.Cavid  pr. 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir