Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvi Möhsün Nağısoylunun monoqrafiyası Almaniyada nəşr olunub
15.05.2015 08:06
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvi Möhsün Nağısoylunun monoqrafiyası Almaniyada nəşr olunub

AMEA Əlyazmalar İnstitutunun farsdilli əlyazmalar şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi Möhsün Nağısoylunun Almaniyanın “LAP LAMBERT” Akademik Nəşrlər Nəşriyyatında “Şühədanamə”də poleoqrafiya, dil və tərcümə məsələləri” (XVI əsr) monoqrafiyası rus dilində çapdan çıxıb.

Giriş, üç fəsil və nəticədən ibarət olan nəşrdə XVI əsr müəllifi Məhəmməd Hüseyn Nişatinin Azərbaycan türkcəsində yazdığı “Şühədanamə” əsəri bədii sənət, tərcümə nümunəsi, dil abidəsi kimi ətraflı tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: