Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə qəbul olan magistrlar yay məktəbində iştirak edəcəklər
19.05.2015 10:14
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə qəbul olan magistrlar yay məktəbində iştirak edəcəklər

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə qəbul olan magistrlar Sevil Məhərrəmova, Ləman Daşdəmirova, Bəhruz Süleymanlı, Nurlan Abbaslı, Eynulla Bəhrəmov Dubnada təşkil olunacaq yay məktəbində iştirak edəcəklər. Fizika İnstitutunun Təhsil Şöbəsinin rəhbəri, fizika riyaziyyat elmləri doktoru Abasət İsayev bildirib ki, institutun direktoru, Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) Azərbaycan Respublikasının tam səlahiyyətli nümayəndəsi, AMEA-nın müxbir üzvü Nazim Məmmədovun təşəbbüsü ilə 3-27 iyul tarixlərində magistrlar BNTİ-də yay məktəbində iştirak edəcəklər. İyirmi beş günlük ezamiyyət müddətində tələbələr dünyaşöhrətli fiziklərdən dərs alacaq və ixtisaslarını təkmilləşdirəcəklər.

A.İsayev vurğulayıb ki, yay məktəbində Azərbaycanla yanaşı, Polşa, Rumıniya, Bolqarıstan, Çexiya və Slovakiyadan olan nümayəndələr  iştirak edəcəklər. Magistrların yay məktəbində iştirakını təşkil etməkdə məqsəd tələbələri elmin müasir nailiyyətləri ilə tanış etmək, onları elmə yönləndirmək və tanınmış alimlərlə ünsiyyətini təmin etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: