Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2015 14:42
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər İtaliyaya səfər ediblər

Azərbaycanlı alimlər İtaliyaya səfər ediblər

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və Seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov və AMEA Rəyasət Heyəti Aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev İtaliyada səfərdə olublar.

Səfərin məqsədi AMEA Geologiya və Geofizika İnstitutu ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) arasında əməkdaşlıq müqaviləsi çərçivəsində beş ildən artıq aparılan tədqiqatların hesabatının verilməsi və gələcək tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi olub. Həmçinin əldə edilmiş nəticələr əsasında Thomson Reuters İmpakt Faktorlu “Physics A” jurnalına təqdim olunacaq məqalənin yekunlaşdırılmasına dair müzakirələr aparılıb.

CNR-in institut və müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olan Azərbaycan alimləri italiyalı mütəxəssislər Luçiano Teleska və Miçelle Lovallo ilə görüşüblər. Birgə həyata keçiriləcək layihənin Azərbaycanda texnogen və təbii təhlükəli proseslərə aid aparılan monitorinq nəticəsində əldə edilən parametrlərin fundamental təhlilinə və proqnoz məsələlərinə həsr edilməsi planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: