Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.05.2015 09:13
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzində innovativ məsələlərə həsr edilmiş tədbir keçirilib

AMEA Şəki Regional Elmi Mərkəzində innovativ məsələlərə həsr edilmiş tədbir keçirilib

Mayın 20-də Şəki Regional Elmi Mərkəzində (ŞREM) AMEA Rəyasət Heyəti Aparatının İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev, həmin şöbənin rəis müavini Elxan Bayramov və “AgriBioEкoTeх” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Əlibala Əlizadənin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

Seminarın məqsədi AMEA-nın Bakı şəhərində yerləşən institut və təşkilatları ilə yanaşı, regionlarda elmin inkişafı, innovasiya yönümlü elmi-tədqiqat işlərinin təşviqi və əldə olunmuş uğurlu innovativ təkliflərin reallaşdırılması, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti və innovasiyayönümlü layihələri ilə yaxından tanış olmaq idi.

Tədbirdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzra fəlsəfə doktoru Yusif Şükürlü elmi-praktiki seminarın əhəmiyyətindən danışıb, göstərilən təşəbbüsə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Rəyasət Heyətinin aparatının İnnovasiya şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Vüqar Babayev seminarın keçirilməsinin məqsədi və əhəmiyyəti  barədə çıxış edib.  Sonra texnika elmləri üzrə fəlsəfə doktoru Əlibala Əlizadə rəhbərlik etdiyi şirkətin biznes layihələri, əldə olunmuş nəticələr və yeni yaradılmış üzvi gübrə barədə ətraflı təqdimatla çıxış edib. Üzvi gübrənin mineral gübrələrdən fərqli olaraq ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal edilməsində əvəzsiz rola malik olduğu vurğulanıb. Eyni zamanda region üçün xüsusi əhəmiyyətə malik olan ipəkçiliyin inkişaf etdirilməsində və üzvi barama ipəyinin  əldə olunması üçün üzvi gübrənin tətbiqinin birmənalı tətbiqinin qaçılmaz olduğu bildirilib.

ŞREM-in alim və mütəxəssisləri tərfindən çıxışlar maraqla qarşılanıb, fikir mübadiləsi aparılıb.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: