Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qədim Oğuz Yurdu - Baş Layısqı” adlı kitab işıq üzü görüb
21.05.2015 10:42
  • A-
  • A
  • A+

“Qədim Oğuz Yurdu - Baş Layısqı” adlı kitab işıq üzü görüb

Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlinin “Qədim Oğuz Yurdu - Baş Layısqı” kitabı çapdan çıxıb.

Kitabda Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Şəkinin Baş Layısqı kəndinin tarixindən, toponimikasından, etnoqrafiyasından, əhalinin etiqad yerlərindən – ziyarətgahlarından, bölgənin igid oğullarının Qarabağ savaşındakı şücaətindən, ömür və döyüş yolundan bəhs edilir. Filologiya üzrə fəlsəfə doktorları Əjdər Fərzəlinin və Kamil Adışirinovun təqdim etdiyi materiallar məhz bu kitab üçün yazılmışdır. XIX əsr Şəki əyaləti üzrə Baş Layısqıya aid əhalinin siyahıyaalınma sənədləri və onların faksimilesi ilk dəfə bu kitabda öz əksini tapıb. İstinad edilən çoxsaylı faktlar, arxiv materialları, daş kitabələr bu məkanın qədim oğuz-türk yurdu olmasını bir daha təsdiqləyir.

Kitab Baş Layısqı kəndi ilə bağlı məlumat almaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru İradə Əlibala qızıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: