Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi World Scientists Indexinə (WSI) daxil edilib
21.05.2015 05:00
  • A-
  • A
  • A+

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşının məqaləsi World Scientists Indexinə (WSI) daxil edilib

İnformasiya (rəqəmsal) iqtisadiyyatına keçidin əsası informasiya-kommunikasiya texnologiyalarının (İKT) iqtisadiyyatın müxtəlif subyektlərinin iqtisadi inkişafına və ilk növbədə, regionların iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi problemidir.

Problem olduqca çox mürəkkəbdir. Problem bugünə qədər çox saylı müzakirələrin predmetini təşkil edir və 25 ildən çox iqtisadi təcrübədə “R. Sollou paradoksu” kimi məlumdur.

Problem çoxfaktorlu, qeyri-müəyyən və dinamik xarakterlidir və ekonometrikanın ənənəvi üsullarının köməyilə həll olunmur.

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika üzrə fəlsəfə doktoru Robert Qarayevin  «Choice of a Strategy of Regional ICT-management. Cognitive Paradigm» (International Journal of Managing Information Technology. Vol.5, No.3, August 2013) məqaləsində problemin həlli üçün yeni yanaşma təklif olunur.

Yanaşma İKT-nin iqtisadi təsirinin qiymətləndirilməsi, həmçinin bu təsirin idarə olunması, ümumiyyətlə, İKT-menecmentin effektiv bərqərar olunmasına geniş imkanlar açan koqnitiv modelləşdirmənin ideya və üsullarına əsaslanmışdır.

Məqalənin rus versiyası “Regional İKT-menecmenti strategiyasının seçimi. Koqnitiv paradiqma” (Rusiya və xaricdə menecment, 2013, № 1) Rusiya, Ukrayna, Belorusiya, Kazaxstanın aparıcı ali məktəblərinin kitabxana saytlarında yerləşdirilmişdir.

Qeyd edək ki, R. Qarayev 13 ildən çoxdur ki, koqnitiv texnologiyalar ilə məşğul olur. Bu sahədəki işlərinə görə o, 2003-cü ildə Rusiya Elmlər Akademiyasının Diplomuna və akademik N.P. Fedorenkonun İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunun qrantına layiq görülüb.

Alimin “Menecment kolsaltinqin koqnitiv alətləri” (İdarəetmənin nəzəriyyə və praktika problemləri, № 4, 2012) məqaləsi rus saytlarında yerləşdirilib və 51097 istifadəçi tərəfindən yüklənilib. Hal-hazırda məqalə həmçinin Rusiya, Ukrayna, Belorus, Qazaxıstanın qabaqcıl ali məktəblərinin kitabxana saytlarında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: