AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov mayın 19-da Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Elm və Texnologiya üzrə İşçi Qrupunun növbəti görüşündə iştirak edib.
Tədbirdə Türkiyə, Yunanıstan, Serbiya, Rusiya, Ukrayna, Moldova, Rumıniya və digər ölkələrin alim və mütəxəssisləri iştirak ediblər.
Məqsəd 2014-cü ilin dekabrında Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı texnologiya sahəsində hədəfləri müəyyənləşdirilmiş beynəlxalq konfransın keçirilməsi, elm və texnologiya sahəsinə xüsusən gənclərin cəlb olunması və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün tədbirlərin görülməsi idi.
Görüşdə akademik Ramiz Məmmədov gənclər üçün müvafiq fondun yaradılması təklifini irəli sürüb. Azərbaycanlı alimin təklifi qəbul edilib.
Tədbirdə QDİYŞ-ın Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq məsələləri də müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir