Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır
29.05.2015 09:03
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır

Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasına AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülmə prosesi başa çatdırılıb. Köçürülmüş 1 mln 571 min kitab qeydiyyata alınıb və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunmuş və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.

Bundan başqa MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir kitablar fondu və 75 min kitabı olan Şərq ədəbiyyatı fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilmiş elektron çiplərlə təmin olunublar.

Yaxın müddət ərzində kitabxananın Qərb Avropa ədəbiyyatı, Rus ədəbiyyatı, Azərbaycan ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.

Qeyd edək ki, kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: