Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.05.2015 11:41
  • A-
  • A
  • A+

Kolumbiyalı diplomat AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub

Kolumbiyalı diplomat  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub

Kolumbiyanın Azərbaycandakı səfirliyinin daimi işlər vəkili Assad Xose Xater Penya AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Əvvəlcə qonaq MEK-in kitab fondlarını ziyarət edib. Əsas kitab fondunda Cənubi Amerika mədəniyyəti, incəsənəti və ədəbiyyatına dair nəşrlərlə tanış olub.

Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonağa məlumat verib. Səfirlik və Kolumbiyanın elmi təşkilatlarının vasitəçiliyi ilə Azərbaycanın tanıdılması, eləcə də iki ölkənin elm və mədəniyyət sahəsindəki təmaslarının gücləndirilməsi üçün MEK ilə birgə layihələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb.

Səfirlik rəsmisi ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. İki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib. Ölkəsinin elm və mədəniyyət təşkilatlarının fəaliyyəti haqqında məlumat verən diplomat iki ölkənin elmi təşkilatları arasında birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin Kolumbiya Milli Kitabxanası ilə MEK arasında əməkdaşlıq haqqında ilkin razılaşma sənədi səfirlik rəsmisinə təqdim edilib. Sənəddə Kolumbiya elm və incəsənətini əks etdirən sərginin kitabxanada təşkili, Kolumbiya Milli Kitabxanası ilə informasiya mübadiləsi, iki ölkə yazıçılarının əsərlərindən ibarət kitabların Azərbaycan və ispan dillərində çap edilməsi və digər məsələlər öz əksini tapır.

Sonda qonaq Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin seçilmiş əsərlərinin ispan, həmçinin, ingilis dillərində nəşrlərini kitabxanaya hədiyyə edib. L.İmanova, həmçinin Azərbaycan mədəniyyəti və incəsənətinə dair kitabları qonağa təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: