Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2015 07:33
  • A-
  • A
  • A+

Televiziya aparıcıları üçün keçirilən treninqlər başa çatıb

Televiziya aparıcıları üçün keçirilən treninqlər başa çatıb

İyunun 1-də AMEA Dilçilik İnstitutunda televiziya aparıcıları üçün təşkil edilən ikihəftəlik treninqlərin yekununa həsr olunan “dəyirmi masa” keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Tofiq Hacıyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində Dilçilik İnstitutunun qarşısına qoyulan vəzifələrdən və bu istiqamətdə görülən işlərdən söz açıb.

Bildirilib ki, televiziya ilk növbədə informasiya mənbəyidir. Dilin informativ, estetik, ideoloji funksiyaları daha çox kütləvi informasiya vasitələrində (KİV) özünü göstərir. Bunun üçün aparıcılar öz üzərlərində daha çox işləməlidirlər. Bu baxımdan treninqin keçirilməsinə böyük ehtiyac vardır. Aparılan treninqlər KİV-lərlə Dilçilik İnstitutu arasındakı əlaqələrin möhkəmləndirilməsinə də xidmət edir.

Digər çıxış edənlər də treninqlərdə televiziya aparıcılarına ədəbi normalar sistemi, şifahi və yazılı nitq normaları, vurğu, ifadəli oxu və digər mövzuların izahlarının verildiyinı diqqətə çatdırıblar. İki həftə davam edən treninqlərdə ATV, İTV, Xəzər, Regon TV, ANS, Lider və Space telekanallarının aparıcı və diktorları iştirak edib. Treninqlərdə Dilçilik İnstitutunun alimləri televiziya aparıcılarına müxtəlif mövzularda mühazirələr oxuyublar.

Sonda təlim iştirakçılarına sertifikatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: