Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2015 12:16
  • A-
  • A
  • A+

Belarus Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun direktoru Genetik Ehtiyatlar İnstitutunda olub

Belarus Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun direktoru Genetik Ehtiyatlar İnstitutunda olub

Belarus Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun (GSİ) direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Valentina Lemeş Genetik Ehtiyatlar İnstitutunda (GEİ) bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşüb.

Görüş zamanı Z.Əkpərov GEİ-nin tarixi və şöbələri haqqında ətraflı məlumat verib, genetik ehtiyatlar sahəsində son dövrlər qəbul edilmiş qanunlar  və dövlət dəstəyi haqqında söhbət açıb.

V.Lemeş isə öz növbəsində GSİ-də yeni qurulmuş müasir laboratoriyalar və aparılan tədqiqatlar barədə məlumat verib. Hər iki institutun oxşar mövzular üzrə tədqiqat işləri aparması, o cümlədən hər iki təşkilatda müxtəlif şirkətlərə məxsus Yeni Nəsil Sekvenserlərinin olması xüsusi vurğulanıb və əməkdaşlıq istiqamətlərinin zəngin olduğu bildirilib.

Qonaq, həmçinin GEİ ilə biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilərin təyini, marker əsaslı seleksiya və Yeni Nəsil Sekvenser texnologiyası üzrə əməkdaşlıq edə biləcəklərini və birgə kadr hazırlığının aparılacağını qeyd edib.

Görüşdə hər iki təşkilatın Avropa Komissiyasının HORİZON-2020 proqramında, o cümlədən yerli fondların qrant layihələrində birgə əməkdaşlıq edəcəyi qərara alınıb.

Daha sonra V.Lemeş institutun Milli genbankı və Biotexnologiya şöbəsi ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: