Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İraqla elmi əməkdaşlıq məsələləri müzakirə olunub
04.12.2013 00:00
  • A-
  • A
  • A+

İraqla elmi əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA Beynəlxalq əlaqələr idarəsinin “Xarici ölkələrin akademik qurumları ilə əlaqələr” şöbəsinin rəisi Bünyamin Seyidov dekabrın 3-də AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ekspertlər iclasında iştirak edib.

Tədbirdə komissiyanın 1-ci iclas Protokolunun müddəaları müzakirə olunub, o cümlədən elm sahəsində İraqla əməkdaşlığı əhatə edən məsələlərə baxılıb. Belə ki, elmi konfrans və simpoziumların təşkil olunması, yanacaq-energetika kompleksinin inkişafı sahəsində elmi-tədqiatların, iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilmiş tədqiqatların aparılması və əlyazmaların mübadiləsi sahəsində birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.

Qeyd edək ki, sözügedən məsələlərin əks olunduğu Protokolun sabah keçiriləcək Azərbaycan-İraq birgə komissiyasının 1-ci iclasında imzalanması nəzərdə tutulub. Tədbirdə AMEA-nı vitse-prezident, akademik İsa Həbibbəyli təmsil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: