Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Zoologiya İnstitutunun əməkdaşı Rusiyada ezamiyyətdə olub
04.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Zoologiya İnstitutunun əməkdaşı Rusiyada ezamiyyətdə olub

AMEA Zoologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Rusiyanın Soçi Milli Parkında (SMP) ezamiyyətdə olub.

Beş günlük səfərdə məqsəd müəssisələr arasında elmi əlaqələrin genişləndirilməsi, herpetologiya sahəsi üzrə tədqiqatların yeni genetik metodlarının öyrənilməsi və gələcəkdə digər istiqamətlərdə elmi araşdırma imkanlarının müzakirəsi idi.

Gənc alim ezamiyyət müddətində SMP-nın kolleksiya fondu və kitabxanası ilə tanış olub.

Qeyd edək ki, elmlər doktoru dərəcəsi almaq üçün tədqiqatlara başlayan S.Bünyatovanın dissertasiya işinin elmi məsləhətçisi SMP-nın elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Boris Tuniyev seçilib. O, növbəti illərdə “Azərbaycanın iri oroqrafik sistemləri daxilində qayalıq kərtənkələlərinin sistematikası, yayılması və müasir vəziyyəti” adlı dissertasiyasında işlənən ənənəvi və genetik metodlarla bağlı herpetologiya sahəsi üzrə təcrübə keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: