Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın 70 illik yubileyinə hazırlıq işləri davam edir
03.07.2015 08:42
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyinə hazırlıq işləri davam edir

Rəyasət Heyətində AMEA-nın 70 illik yubileyinə hazırlıqla bağlı işçi qrupunun ilk müşavirəsi keçirilib.

Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev görüləcək işlər barədə ətraflı məlumat verib, yubiley tədbirinin əhəmiyyətini nəzərə alaraq baş fəaliyyət planının hazırlandığını söyləyib. Akademik ayrı-ayrı istiqamətlər üzrə təkmilləşdirilmiş alt fəaliyyət planlarının hazırlanması üçün müvafiq bölmələr üzrə tapşırıqlarını verib.

AMEA-nın akademik-katibi əlavə edib ki, yubiley tədbiri ilə əlaqədar akademiya haqqında sənədli filmin çəkilişləri davam edir. AMEA-nın 70 illik fəaliyyətini əks etdirən nəşrlər çapa hazırlanıb.

Müşavirədə akademiyanın beynəlxalq əlaqələri istiqamətində qarşıda duran vəzifələr, həmçinin bu qurumun genişlənən sərgi fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tapşırıq və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: