Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Türkiyəli alimlərlə görüş keçirilib
06.07.2015 03:42
  • A-
  • A
  • A+

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Türkiyəli alimlərlə görüş keçirilib

AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda (TAİ) Türkiyənin Samsun Ondokuz Mayıs Universitetinin “Torpaq Elmləri” fakültəsinin alimləri Ridvan Kızılkaya, Tayfun AşkınCoşqun Gülserlə görüş keçirilib.

İlk olaraq qonaqlar institutun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyevlə görüşüb. Görüşdə akademik Məhərrəm Babayev, institutun Həmkarlar İttifaqının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədov, aqrar elmlər doktoru, dosent Mustafa Mustafayev, aqrar elmlər doktoru, professor Akif Gərayzadə və başqaları iştirak ediblər.

Görüşdə məqsəd Torpaqşünaslıq və Aqrokimya İnstitutu, onun fəaliyyət istiqamətləri, burada aparılan elmi tədqiqatlar haqqında məlumat almaq və elmi əlaqələr yaratmaqdır. Daha sonra qonaqlar elmi müəssisənin lobaratoriyalarını gəzib, maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə əyani tanış olub. AMEA TAİ-nin Torpaq Muzeyində də olan türkiyəli qonaqlar institutun fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda institutun direktoru, professor Əlövsət Quliyev qonaqlara kitab hədiyyə edib və xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: