Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mərkəzi Nəbatat Bağı ilə Avropa Azərbaycan Məktəbi arasında müqavilə imzalanıb
07.07.2015 12:50
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Nəbatat Bağı ilə Avropa Azərbaycan Məktəbi arasında müqavilə imzalanıb

AMEA Mərkəzi Nəbatat Bağı ilə Avropa Azərbaycan Məktəbi arasında elm və təhsil üzrə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Elm və təhsil arasında əlaqə prinsipinə uyğun olaraq institutun alim və mütəxəssisləri ilə məktəbin müəllim-şagird heyəti arasında təhsilin yaxşılaşdırılmasına xidmət edən mümkün əlaqə və əməkdaşlıq genişləndiriləcək.

Müqaviləyə əsasən şagirdlərdə botanika elminə marağın artırılması məqsədi ilə institutun elmi fəaliyyətinin tanıdılması istiqamətində tədbirlərin keçirilməsi, elmi biliklərin və təhsilin səviyyəsini yüksəltmək üçün alimlərin təcrübəsindən yararlanması, beynəlxalq və respublika səviyyəli elmi konfrans və sərgilərin birgə təşkili, müəssisələr arasında qarşılıqlı əməkdaşlığa əsaslanan elmi tədqiqat işlərinin və müştərək layihələrin aparılması və s. maraq doğuran digər faliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: