Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında bir sıra məsələlər müzakirə edilib
07.07.2015 13:14
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA Botanika İnstitutunun laboratoriya korpusunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova Şuraya fiziki-kimyəvi biologiya, zoologiya, botanika və fiziologiya seksiyalarından elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbərləri  və  məsləhətçiləri barədə məlumat verib. Sonra uyğun seksiyalar üzrə yeni qəbul olunmuş doktorant və dissertantların mövzularının geniş müzakirəsi aparılıb. Bəzi dissertasiyaların mövzularında müəyyən dəyişikliklər nəzərə alınmaqla, mövzular təsdiq edilib. Bəzi mövzular isə yenidən baxılmaq üçün müəssisələrin Elmi Şuralarına qaytarılıb.

Müzakirələrdə Biologiya Problemləri üzrə Elmi Şuranın katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, Elmi Şuranın üzvlərindən Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, botanika seksiyasının sədr müavini, prof.  Səyyarə İbadullayeva, zoologiya seksiyasının sədri, prof. Zəkəriyyə Məmmədov, fiziologiya seksiyasının sədri, b.ü.e.d. Arif Mehtiyev, biologiya üzrə elmlər dokorları Elman İsgəndər, Eldar Novruzov, Səftər Süleymanov, Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Vahid Fərzəliyev, Sevinc Hüseynova, Ələmdar Məmmədov, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kefedrasının müdiri, professor Canbaxış Nəcəfov, Bakı Dövlət Univesiteti Mikrobiologiya kafedrasının müdiri, prof.  Xudaverdi Qəmbərov və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: