Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mirzə Məhəmməd Əfşar “Fənni-sərfü nəhvi-türki” (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti)” adlı  kitab nəşr olunub
14.07.2015 10:23
  • A-
  • A
  • A+

“Mirzə Məhəmməd Əfşar “Fənni-sərfü nəhvi-türki” (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti)” adlı kitab nəşr olunub

AMEA Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “Mirzə Məhəmməd Əfşar “Fənni-sərfü nəhvi-türki” (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti)” adlı  kitab “Elm və Təhsil” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada XIX əsr Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri olan M. Əfşarın “Fənni-sərfü nəhvi-türki”əsərinin ərəb əlifbasından müasir əlifbaya transliterasiyası verilmiş, eyni dövrə aid dilçilik əsərləri ilə müqayisələr əsasında hazırlanmış qrammatik oçerk, habelə izahlı dilçilik terminləri və çətin anlaşılan ərəb və fars mənşəli sözlərin lüğəti mətnə əlavə edilmişdir.

Kitabın elmi redaktorları Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev və professor Kamandar Şəriflidir.

Əsərin nəşri dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: