Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Folklor İnstitutu ilə Türkiyənin Eskişehir Osmanqazi Universiteti arasında əlaqələr genişlənir
14.07.2015 15:41
  • A-
  • A
  • A+

Folklor İnstitutu ilə Türkiyənin Eskişehir Osmanqazi Universiteti arasında əlaqələr genişlənir

Türkiyənin Eskişehir Osmanqazi Universitetinin əməkdaşları Yalçın BayNeslihan Bay AMEA Folklor İnstitutunda olublar.

Bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov qonaqlara xalq oyunlarının toplanması və tədqiqi sahəsində görülən işlər barədə məlumat verib.

Türkiyəli mütəxəssislər Eskişehir Osmanqazi Universitetinin həyata keçirdiyi “Türk dünyası uşaq oyunları və oyuncaqları” layihəsi barədə danışıblar. Bildirilib ki, iki mərhələdən ibarət layihənin ilk mərhələsi sahə araşdırmalarına həsr olunub. Bu mərhələdə türk xalqlarının yaşadığı ölkələrə səfər etmək, orada oynanılan oyun və oyuncaqların toplanması, oyunların uşaqların təlim və tərbiyəsində rolunun araşdırılması, həmçinin müxtəlif türk xalqlarının folklor mütəxəssislərindən ibarət 120 nəfərlik qrupun formalaşdırılması nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə oyunların uşaq bağçalarında və orta məktəblərdə tədris proqramına daxil edilməsi, müəyyən mövzuların öyrədilməsində oyunlardan istifadə olunması, oyunları tədris edəcək müəllimlərin yetişdirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində həm də oyun və oyuncaqlardan ibarət muzeyin yaradılması, “Türk dünyası uşaq oyun və oyuncaqları” kitabının hazırlanması, uşaq oyunlarına həsr olunmuş olimpiadaların təşkili planlaşdırılır.

Görüşdə Folklor İnstitutu ilə Osmanqazi Universiteti arasında uşaq oyunlarının toplanması və tədqiqi sahəsində təcrübə mübadiləsinin aparılması, layihənin gerçəkləşməsinə azərbaycanlı mütəxəssisləri lazımi dəstək verəcəyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: