Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.07.2015 09:26
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana sosialyönümlü layihələrin icrasını davam etdirir

Mərkəzi Elmi Kitabxana sosialyönümlü layihələrin icrasını davam etdirir

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən humanitar aksiya keçirib. Klinikanın həkimlərdən ibarət səyyar briqadası  MEK-in və AMEA-nın digər müəssisələrindən olan əməkdaşları arasında göz müayinəsini aparıb.

İlk olaraq göz xəstəliklərindən qorunmaq məqsədilə maarifləndirmə tədbiri təşkil olunub. Milli Oftalmologiya Mərkəzinin Qlaukoma şöbəsinin əməkdaşı, həkim Mətanət Əfəndiyevanın “Göz xəstəliklərinin profilaktikası” adlı məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, günümüzdə göz xəstəlikləri və gözlə bağlı narahatlıqlar geniş yayılmış problemlərdəndir. Bu xəstəlik zamanı gözlər qaşınmamalı, dəsmal, yastıq və eynək kimi əşyalardan istifadəyə nəzarət edilməlidir. Qeyd olunub ki, bəzi dərmanların uzun müddət ərzində qəbulu belə göz xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən belə preparatlar yalnız həkimin təyinatı ilə qəbul edilməlidir. Məruzədə kompüterdən uzun müddət istifadənin insanların görmə pozulmalarına gətirib çıxardığı xəstəliklərdən də bəhs olunur. Bildirilir ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyir. Eyni zamanda qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir.

Tədbirdə həkim M.Əfəndiyeva dinləyiciləri maraqlandıran sualları cavablandırıb, göz sağlamlığının qorunması qaydalarına dair tövsiyyələrini verib.

Daha sonra müayinə aksiyasına başlanılıb. Milli Oftalmologiya Mərkəzinin peşəkar oftalmoloqlardan ibarət həkim heyəti müasir diaqnostik avadanlıqlarla təhciz olunmuş xüsusi otaqda  onlara müraciət edənlərin gözlərini oftalmoloji müayinə edib, görmə qabiliyyətlərini yoxlayıb, gözdaxili təzyiqlərini ölçüb. Müayinə zamanı gözlərin ilkin diaqnostikası təyin olunub, lazımi məsləhətlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: