Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Hətəm Quliyev Gürcüstanda keçirilmiş  beynəlxalq konfransda  iştirak edib
15.07.2015 09:06
  • A-
  • A
  • A+

Akademik Hətəm Quliyev Gürcüstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib

AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Gürcüstanın Şota Rustavela adına Batumi Dövlət Universitetində keçirilmiş Gürcüstan Riyaziyyat Birliyi  VI Beynəlxalq konfransında iştirak edib.

Konfransda akademik H.Quliyev və professor T.Hacıyevin həmmüəllifləri olduqları “Bir sinif qeyri-xətti parabolik tənliklərin həllərinin sonsuzluğa getməsi” mövzusunda məruzə dinlənilib. Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konfransda Gürcüstan alimləri ilə yanaşı Rusiya, Ukrayna və Türkiyədən alim və mütəxəssislər də riyaziyyatın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər.

Səfər çərçivəsində azərbaycanlı alimlər universitetin professoru, Gürcüstan Mühəndis Akademiyasının akademiki İ.Didmanidze ilə də görüşüblər. Görüşdə “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat proqramı ilə bağlı müzakirələr aparılıb, gələcəkdə bu istiqamətdə birgə tədqiqatların aparılması qərara alınıb.

Konfransın gedişatında Türkiyənin Uzungöl bölgəsinə bir günlük ekskursiya təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: