Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək
15.07.2015 16:02
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi keçiriləcək

Bu barədə məlumatı AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında verdi. Son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran məruzəçi elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsinin alimlər qarşısında mühüm vəzifə olduğunu dilə gətirdi. R.Əliquliyev bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətini önə çəkərək aparılan ilkin araşdırmalar nəticəsində ortaya çıxan problemlərdən söz açdı. Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələrinə məxsus bir sıra veb-saytlar dizayn,  proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermir.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul etdi. İnformasiya Texnologiyaları İnstitutuna tapşırıldı ki, Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində Akademiyanın veb-infrastrukturu və onun əhatə etdiyi veb-saytların monitorinqi həyata keçirilsin. 

Bu və digər qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

  • Paylaş: