Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” sənədli filminin təqdimatı olub
15.07.2015 16:50
  • A-
  • A
  • A+

“Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” sənədli filminin təqdimatı olub

İyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” qısametrajlı sənədli filminin təqdimat mərasimi olub.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova film haqqında məlumat verib. Bildirib ki, film Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.

Qeyd olunub ki, filmdə Azərbaycanın işğal altında olan ərazilərindəki xristian dövrü bazilika və monastırları üzərindəki ornamental görüntülərin ermənilər tərəfindən dəyişdirilməsindən söhbət açılır. Ermənilərin bu ərazilərdəki abidələrə erməni kilsəsi statusu verməsi xüsusi həyəcanla təqdim edilir.

Sonra sənədli film nümayiş etdirilib.

Tədbirdə digər çıxış edənlər erməni vandalizmindən bəhs edən bu ekran əsəri barədə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: