Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ağıllı güzgü insanın sağlamlıq vəziyyətini müəyyən edəcək
29.07.2015 08:20
  • A-
  • A
  • A+

Ağıllı güzgü insanın sağlamlıq vəziyyətini müəyyən edəcək

“Wize Mirror” 3D-skanerlər, multispektral kameralar, qaz analizatorları və yaxınlaşan xəstəliyin ilkin əlamətlərini müəyyən etməyə imkan verən effektiv diaqnostika alqoritmi ilə təchiz edilib.

Nəfəs verilərkən xaric olunan qaz qarışığının tərkibi qəbul olunmuş spirtli içkinin və ya zərərli maddələrin miqdarını göstərəcək, skaner isə artıq yağların meydana gəlməsi və ya çəkinin itirilməsi haqqında məlumat verəcək. Multispektral kameralar qanın hemoqlobinlə doyma səviyyəsini və nəbzin tezliyini müəyyən edəcək.

naked-science.ru saytının məlumatına görə, “Wize Mirror” vasitəsilə aparılan müayinə prosesinə 1 dəqiqə sərf olunur və bundan sonra obyektiv nəticə əldə edilir. Lakin ideyanın tamamilə başa çatdırılması üçün müəyyən zaman tələb olunur.

İstehsalçılar iddia edirlər ki, gələcəkdə bu kimi qurğular ürək-damar sistemi pozğunluqları və ya diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün zəruri qadjetlərdən biri olacaq.

 

  • Paylaş: