Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Bərdədə yeni arxeoloji tapıntılar aşkar edilib
31.07.2015 10:29
  • A-
  • A
  • A+

Bərdədə yeni arxeoloji tapıntılar aşkar edilib

Bərdə rayon mərkəzindən 5 kilometr aralıda yerləşən Şortəpə abidəsində arxeoloji tapıntılar üzə çıxıb. 

Bu barədə məlumat verən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə ekspedisiyasının rəhbəri, professor Arif Məmmədov bildirib ki, Bərdə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı bizim eradan əvvəl VII əsrə aid olduğu ehtimal edilən müxtəlif növ əşyalar aşkarlanıb.

Arxeoloqun sözlərinə görə, arxeoloji tədqiqatlar nəticəsində 4 metr enində qala divarları, b.e.ə. VII əsrlərə aid olan maddi-mədəniyyət  nümunələri müəyyən edilib. Bir neçə il bundan əvvəl Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinib ki, b.e.ə. I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olub. Sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması nəticəsində Bərdə şəhəri meydana gəlib: "Bu prosesin b.e.ə. II minilliyin ortalarında baş verdiyini nəzərə alsaq, şəhərin yaşının 3000 ildən az olmadığı bir daha təsdiqlənir. Qazıntılar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olur. Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrədək, 3-cü təbəqə bizim eradan əvvəl VII əsrdən bizim eranın III yüzilliyinə qədər olan dövrü əhatə edir". 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: