Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gənc alimlər üçün təqaüd proqramı
20.08.2015 13:04
  • A-
  • A
  • A+

Gənc alimlər üçün təqaüd proqramı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən AMEA-ya daxil olmuş məlumata istinadən bildiririk ki, Braziliya Elm,Texnologiya və İnnovasiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi və Texniki İnkişaf üzrə Milli Şura (CNPq) və Ümumdünya Elmlər Akademiyasının (TWAS) birgə təşkilatçılığı ilə 2016-cı ildə Braziliyada gənc tədqiqatçılar üçün PhD, Sandwich PhD və Post-Doctoral elmi dərəcələri üzrə təqaüd proqramı elan olunub.

Braziliyanın müxtəlif universitetlərində və tədqiqat institutlarında təhsil almaq imkanı yaradan proqramda gənc tədqiqatçılara aqrar elmlər, biologiya elmləri, tibb və səhiyyə elmləri, kimya elmləri, mühəndislik elmləri, riyaziyyat, ehtimal və statistika, kompüter elmləri, fizika, astronomiya və yerşünaslıq, okeanoqrafiya sahələri üzrə təqaüdlər təklif edilir.

Sandwich PhD üzrə 30, PhD üzrə 20, Post-Doctoral üzrə isə 10 təqaüd yeri nəzərdə tutulub. Sandwich PhD dərəcəsi üzrə təhsil müddəti 6-12 ay, PhD dərəcəsi üzrə 48 ay, Post-Doctoral dərəcəsi üzrə 6-12 aydır. İştirakçıların proqram dövründə bütün xərcləri və təqaüdlər CNPq tərəfindən ödəniləcəkdir.

CNPq-TWAS proqramına ərizələrin qəbulu 2015-ci il avqustun 24-də başa çatır. Nəticələrin elan olunması noyabr ayında, proqramın həyata keçirilməsi isə 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulur. Proqram və şərtlər haqqında ətraflı məlumat, habelə iştirak üçün ərizə formaları bu linkdə verilib:

www.twas.org

Əlavə məlumat almaq üçün Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

Tel.: 492-59-45; E-mail: eti@science.az

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: