Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi tədqiqatçılar üçün dəyərli mənbədir
20.08.2015 14:11
  • A-
  • A
  • A+

Akademik Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi tədqiqatçılar üçün dəyərli mənbədir

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, akademik Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi nəşr olunub.

AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin tərtibçi-müəllifi olduğu biblioqrafik göstərici, akademik Arif Mehdiyevin 1960-2010-cu illərdə Azərbaycan, rus və xarici dillərdə nəşr edilən monoqrafiya, elmi sessiya, simpozium və konfrans materiallarında, dövri mətbuat səhifələrində dərc olunan məqalələrini əhatə edir.

Biblioqrafiyaya daxil edilən materiallar xronoloji qaydada yerləşdirilib.

Nəşrdə akademik A.Mehdiyevin redaktə etdiyi əsərlər, ixtiralar və dissertantlara elmi rəhbərliyini əks etdirən bölmələr də vardır.

Biblioqrafiyada alimin həyatı, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən bəhs edən qısa oçerk, habelə həyatının əsas tarixləri verilib.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, müştərək müəlliflərin və onun haqqında yazan müəlliflərin əlifba göstəriciləri də burada əksini tapıb. Biblioqrafik göstəricisi tədqiqatçılar üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: