Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Torpaqşünaslıq və aqrokimya” jurnalının növbəti sayı nəşr edilib
23.08.2015 21:35
  • A-
  • A
  • A+

“Torpaqşünaslıq və aqrokimya” jurnalının növbəti sayı nəşr edilib

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi nəşri olan “Torpaqşünaslıq və aqrokimya” jurnalının növbəti nömrəsi “Elm” nəşriyyatında çapdan çıxıb.

Jurnal əvvəllər elmi əsərlər toplusu kimi çap edilsə də, 2011-ci ildə Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçərək elmi jurnal statusu alıb. Beynəlxalq statistik seriya nömrəsi İSSN 2222-7882 ilə təmin edilən və müvafiq barkoda malik olan jurnal AMEA Aqrar Elmlər Bölməsinin rəhbərliyi ilə nəşr edilir. Jurnalın redaktoru bölmənin akademik-katibi, akademik Qərib Məmmədovdur. İldə iki nömrəsi çıxan “Torpaqşünaslıq və aqrokimya” jurnalında torpaqşünaslıq, ekologiya, aqrokimya, torpaq meliorasiyası, rekultivasiyası və mühafizəsinə aid fundamental və tətbiqi tədqiqatların nəticələri əksini tapır.

Jurnalda Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə yanaşı, respublikanın bir çox elm və təhsil müəssisələrinin, o cümlədən AMEA-nın elmi qurumlarının, nazirliklərin əməkdaşlarının elmi məqalələri dərc edilib. Təqdim edilən məqalələr torpaqların ekosistem istiqamətli tədqiqatlarına, torpaq münbitliyinin yüksəldilməsinə, gübrələrin tədqiqinin elmi əsaslarına və bitkilərin mineral qidalanmasına, torpaqların tərkibi və xassələrinin tədqiqinə, eləcə də torpaqların meliorativ yaxşılaşdırılması, rekultivasiyası və mühafizəsinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: