Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Elmi İnnovasiyalar Mərkəzinin layihəsi Avropa Birliyi TAİEX komissiyasının iclasında təsdiq edilib
09.09.2015 16:24
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzinin layihəsi Avropa Birliyi TAİEX komissiyasının iclasında təsdiq edilib

Bu günlərdə Avropa Birliyi TAİEX komissiyasının iclasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı "İnnovasiyanın üç qat modeli" (The Triple Helix Model) adlı layihəyə baxılıb və icraya qəbul olunub. Layihə  Avropa Birliyi TAİEX proqramı çərçivəsində hazırlanıb.

Bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinin iştirakı ilə “Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üç qat spiral) münasibətlərinin qurulması” mövzusunda seminar keçiriləcək.

Tədbirdə Avropanın qabaqcıl ölkələrinin təcrübələri əsasında "innovasiyanın üç qat modeli" konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üç qat spiral və iqtisadiyyat, üç qat modelin formalaşması, regional inkişafda üç qat modelin əsasları, innovasiya nəzəriyyəsindən irəli gələn modelin əsas xüsusiyyətləri və s. mövzularda müzakirələr aparılacaq.

Seminarda iştirak etmək istəyənlər 25 sentyabr tarixinədək Elmi İnnovasiyalar Mərkəzinə müraciət edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: