Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft-qaz sənayesi Azərbaycan Respublikasının davamlı inkişaf strategiyasının əsası kimi” adlı monoqrafiya nəşr olunub
10.09.2015 07:17
  • A-
  • A
  • A+

“Neft-qaz sənayesi Azərbaycan Respublikasının davamlı inkişaf strategiyasının əsası kimi” adlı monoqrafiya nəşr olunub

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Sulduz Səlimovun “Neft-qaz sənayesi Azərbaycan Respublikasının davamlı inkişaf strategiyasının əsası kimi” monoqrafiyası Rusiya Federasiyasının Moskva şəhərində çapdan çıxıb.

Yeni nəşrdə dövlətin davamlı inkişaf strategiyası ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Atom Enerji Agentliyi, Beynəlxalq Enerji Agentliyi və Avrostat və Avropa Birliyinin Ətraf Mühitin Mühafizəsi Təşkilatlarının birgə hazırladığı “Davamlı inkişafın enerji göstəriciləri metodolagiyası” təhlil olunur, həmin metodologiya uyğun enerji göstəricilərinin makroiqtisadi göstəricilərlə və iqtisadi inkişafla əlaqələri dövlətin davamlı inkişaf strategiyasınin təmin edilməsinin əsas şərtləri kimi qiymətləndirilir.

Monoqrafiyada dünya iqtisadiyyat sistemlərində gedən proseslərin ölkəmizdə neft-qaz sənayesinə təsiri, davamlı inkişaf strategiyasının formalaşmasında rolu öz əksini tapıb. Nəşrdə Azərbaycan Respublikası üçün davamlı inkişafın enerji göstəricilərinin tətbiq olunması qarşıya qoyulmuş əsas məqsəd kimi oxuculara təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: