Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

11.09.2015 10:34
  • A-
  • A
  • A+

Aqrar elmləri doktoru Əlövsət Quliyev Qazaxıstan Respublikasında elmi ezamiyyətdədir

Aqrar elmləri doktoru Əlövsət Quliyev Qazaxıstan Respublikasında elmi ezamiyyətdədir

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmləri doktoru Əlövsət Quliyev Qazaxıstanın Almatı şəhərində elmi ezamiyyətdədir.

Sentyabrın 12-dək davam edəcək səfərdə məqsəd “Torpaqşünaslığın və aqrokimyanın müasir vəziyyəti, problemləri və həlli yolları” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak etməkdir.

Tədbirdə Ə.Quliyev "SSRİ süqutundan sonrakı dövr ərzində Azərbaycanda torpaqların  ekomeliorativ vəziyyətinin dəyişməsi  və onların tənzimlənməzi yolları" mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, beynəlxalq tədbir U.U.Uspanov adına Qazaxıstan Elmi-tədqiqat Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 70 illik yubileyinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: