Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutunda biotəhlükəsizlik istiqamətində aparılan elmi-tədqiqat işləri genişlənir
05.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunda biotəhlükəsizlik istiqamətində aparılan elmi-tədqiqat işləri genişlənir

AMEA Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin əməkdaşları tərəfindən Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutunun (UNİCRİ) “Cənubi Qafqazda və Mərkəzi Asiyada Biomüdafiə və Biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində müsabiqəyə təqdim edilmiş layihə uğurlu hesab edilmişdir.

“Azərbaycana import olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və genetik modifikasiya olunmuş məhsulların molekulyar diaqnostikası” mövzusunda layihənin başlanması üçün UNİCRİ ilə AMEA Botanika İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

Qeyd edək ki, layihənin rəhbəri akademik Cəlal Əliyevdir.

Layihə ilə əlaqəli məsələləri ətraflı müzakirə etmək məqsədilə UNİCRİ-nin nümayəndələri Dr. Horst Stoebel və Dr. Odhran James McCarthy 26-27 noyabr 2013-cü il tarixlərində Bakıda səfərdə olmuşlar. Səfər zamanı qonaqlar “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsində aparılan elmi-tədqiqat işləri, yenilənmiş və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarla yaxından tanış olmuş və layihə iştirakçılarından AMEA-nın müxbir üzvü İradə Hüseynova, b.e.d., prof. Səftər Süleymanov, b.e.n. Ə.Məmmədov, gənc alimlər G.Ş.Balakişiyeva, N.F.Sultanova, gənc tədqiqatçılar G.F.Kamilova, L.R.Xankişiyeva ilə geniş müzakirələr aparmışlar.

Qonaqlar AMEA Botanika İnstitutunun direktoru, b.e.d., prof. Validə Əli-zadə ilə də görüşmüş və institutun geniş aspektli elmi istiqamətləri ilə tanış olmuşlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: