Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.09.2015 08:43
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 17-də saat 10:00-da AMEA-nın Əsas binasında Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo və təbii- təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Tədbirdə Ukrayna,  Qazaxıstan, Gürcüstan,  İran,   Rusiya,  Belarus və digər ölkələrdən olan alim-mütəxəssislər iştirak edəcəklər. 

İki gün davam edəcək konfransın işi “Müasir qlobal dəyişmələr: elmi-nəzəri əsasları, tədqiqat metodları”, “Qlobal iqlim dəyişmələri və onların təbii-təsərrüfat sistemlərinə təsiri”, “Təbii risk və təhlükələrin landşaft-geomorfoloji sistemlərə təsiri”, “Qlobal dəyişmələrin su ehtiyatları ilə təminatda yaratdığı problemlər”, “Biomüxtəlifliyin müasir transformasiya istiqamətləri”, “Xəzər dənizinin ekocoğrafi problemləri qlobal iqlim dəyişmələrinin məhsuludur”, “Qlobal dəyişmələrin yaratdığı sosial-iqtisadi və regional problemlər” və “Təbii-təsərrüfat sistemlərinin müasir şəraitə adaptasiyası məsələləri” istiqamətləri üzrə təşkil ediləcək.

Ünvan:  Bakı şəhəri, H.Cavid pr., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: