Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif edilib
14.09.2015 10:19
  • A-
  • A
  • A+

Azərbaycan alimi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif edilib

"Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarına əsasən AMEA Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və diplomu ilə təltif olunub.

Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, Azərbaycanda şorlaşmaya məruz qalmış torpaqların səmərəliliyinin artırılması, torpağın struktur dəyişməsi, suvarmanın avtomatik idarə olunması sahəsində olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə aparılan aqrar islahatlarda yaxından iştirakına, aqrar elmləri tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: