Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Üzeyir Hacıbəyli və davamçıları”  kitabı macar dilində nəşr edilib
18.09.2015 13:45
  • A-
  • A
  • A+

“Üzeyir Hacıbəyli və davamçıları” kitabı macar dilində nəşr edilib

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, AMEA-nın Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli və davamçıları” kitabı Budapeştdə macar dilində nəşr edilib. Əsərin tərcüməçisi indiyə qədər Azərbaycan ədəbiyyatından bir sıra nümunələri tərcümə edən Tamaş Varhegidir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Dahi bəstəkar. Böyük vətəndaş” adlı geniş müqəddimə yazıb.

Əsərin “Əlavələr” bölməsində Azərbaycan musiqi alətləri və Azərbaycan xalq musiqisinin əsas janrları haqqında məlumatlar yerləşdirilib. Kitab təmənnasız şəkildə Ferens List Musiqi Akademiyasına, habelə musiqi məktəblərinin kitabxanalarına hədiyyə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: