Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyada keçiriləcək tədbirdə iştirak edəcək
21.09.2015 08:54
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyada keçiriləcək tədbirdə iştirak edəcək

AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə 24-27 sentyabrda Rusiya Federasiyasının Kostroma şəhərində keçiriləcək “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda elmi sessiyada ölkəmizi təmsil edəcək.

Tədbirdə Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və s. ölkələrin alim və mütəxəssisləri iştirak edəcəklər.

Azərbaycanlı alim Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası (EABA) və Rusiya Elmlər Akademiyasının  (REA) Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi şuralarının birgə   təşkilatçılığı ilə keçiriləcək sayca 19-cu sessiyada “Azərbaycanda struktur-geomorfoloji tədqiqatların inkişafı (İ.P.Gerasimovun fikirləri əsasında)” mövzusunda məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: