Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı kitab işıq üzü görüb
21.09.2015 07:43
  • A-
  • A
  • A+

“Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı kitab işıq üzü görüb

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. Monoqrafiya dəyişən mədəni kontekst şəraitində Qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub.

Kitab müəllifin bundan əvvəlki “Postmodern və multikulturalizm: elmlərarası diskurs” adlı monoqrafiyasının ideyalarını inkişaf etdirən müstəqil tədqiqatdır. Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub. Kitabda  sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində “Qərb – Qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.

Monoqrafiya alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını, “Qərb – Qeyri-Qərb” paradiqmasını, Qeyri-Qərb müasirliyini, ümumiyyətlə sosiomədəniyyəti tədqiq edən mütəxəssislərə və müasir fəlsəfə ilə maraqlananlara tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: