Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Coğrafiya İnstitutu–70” kitabı çapdan çıxıb
22.09.2015 02:13
  • A-
  • A
  • A+

“Coğrafiya İnstitutu–70” kitabı çapdan çıxıb

AMEA Coğrafiya İnstitutunun yubileyi ərəfəsində bu elm müəssisəsinin daha bir nəşri - “Coğrafiya İnstitutu–70” kitabı çapdan çıxıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu və tərtibçiliyi ilə çap edilən bu kitabda 70 illik inkişaf tarixi ərzində Coğrafiya İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri əks olunub. Nəşrdə coğrafiyanın ayrı-ayrı sahələri: landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, ekocoğrafiya, iqtisadi və sosial coğrafiya, Xəzər dənizinin coğrafi problemləri, kartoqrafiya və s. üzrə aparılan elmi axtarışların geniş təhlili verilib.

Kitab coğrafiya elmi ilə maraqlanan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: