www.science.az
29.09.2015 13:18

“Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçiriləcək

Oktyabrın 7-də saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçiriləcək. Tədbir AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki  Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN-nin Akademiyası və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pr-ti 129, II mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir