Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2015 08:58
  • A-
  • A
  • A+

“Akademik elm həftəliyi-2015 ” beynəlxalq forumuna hazırlıq məsələləri müzakirə olunub

“Akademik elm həftəliyi-2015 ” beynəlxalq forumuna hazırlıq məsələləri müzakirə olunub

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclasda şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə AMEA-nın 70 illiyi ilə əlaqədar “Akademik elm həftəliyi – 2015” beynəlxalq multidissiplinar forumun keçiriləcəyini söyləyib. Bildirilib ki, forum çərçivəsində elm adamları, dövlət, özəl, biznes və KİV nümayəndələrinin iştirakı ilə aktual mövzularda panel müzakirələr təşkil olunacaq. Gənc alimlərin dörd prioritet elmi istiqamət üzrə konfransının keçirilməsi də nəzərdə tutulub. Foruma, ümumilikdə 260-a yaxın tezis qəbul olunub. Hazırda həmin tezislərin ekspert qiymətləndirilməsi aparılır. Bu proses başa çatdıqdan sonra konfransın plenar və panel bölmələrində məruzələr ediləcək, xarici və yerli gənc alimlərin adları açıqlanacaq. Bütün tələblərə cavab verən tezislər toplu şəklində çap olunacaq.

F.Salmanov AMEA-nın 70 illiyinə töhfə kimi respublikanın seçilmiş orta məktəblərdə akademiyanın ayrı-ayrı bölmələri üzrə elm guşələrinin yaradılması prosesinə də başlanıldığını bildirib.

İclasda, həmçinin Gənc Alim və Mütəxəssislər Şurasının nizamnaməsinə edilən əlavə və dəyişikliklər, “Gənc tədqiqatçı” jurnalın növbəti sayına məqalələrin qəbulu, www.gencalimler.az saytında xəbərlərin yenilənməsi və digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: