Oktyabrın 21-də saat 12:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun 95 illik yubileyinə həsr olunan sərginin açılışı və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək. Vitual muzey Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərivəsində təşkil olunur.
Sərgidə muzeyin tarixi, 95 il ərzində keçdiyi şərəfli yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumat verilir, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş olunur. Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərbibatçısı olduğu “Milli Azərbaycan tarixi Muzeyi – 95” kitab-albomu da təqdim ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir