Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru beynəlxalq konfransda iştirak edib
20.10.2015 10:14
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru beynəlxalq konfransda iştirak edib

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 16-17 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasında keçirilən “Tarixi ipək yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri” adlı Beynəlxalq konfransında iştirak edib.

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Türkiyənin Ərdahan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda fil.ü.e.d. G.Babaxanlı “Azərbaycan  folkloru  Ərtoğrol  Cavidin  tədqiqatlarında” mövzusunda məruzə ilə çıxış  edib.  Məruzədə Ərtoğrol Cavidin həm atası Hüseyn Cavid kimi şair, həm müəllimləri dahi Üzeyir bəy Hacıbəyli və Bülbül  kimi istedadlı musiqişünas, bəstəkar, həm də folklor tədqiqatçısı kimi fəaliyyətindən bəhs edilib. Eyni  zamanda,  Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan materiallar əsasında  folklorşünaslıq irsinin bəzi cəhətləri  təhlil edilib. G.Babaxanlı  bildirib  ki, materialların böyük bir qismini xalqımız  arasından  toplanmış  nağıl  və dastanlar, aşıq poeziyası örnəkləri təşkil edir. Ə.Cavid bu sahədə  də  öz  erudisiya  və  biliklərini  həmin folklor materiallarına yazdığı rəylərdə və onlar haqqında söylədiyi elmi-tənqidi fikirlərdə ifadə  etməyə nail olmuşdur.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: