Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının redaksiya heyətinin yeni tərkibi təsdiq olunub
13.12.2013 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının redaksiya heyətinin yeni tərkibi təsdiq olunub

AMEA Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.

AMEA Rəyasət Heyətinin iclasında çıxış edən Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Kamal Abdulla nəşrlərin nüfuzunun yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, akademik bazalarda təmsil olunması və beynəlxalq elmi ictimaiyyətdə tanınmasının vacibliyini vurğulayıb. K.Abdulla “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının redaksiya heyətinin tərkibinin dəyişdirilməsinə zərurətin həm də nəşrin iki üzvünün - baş redaktor, akademik Mahmud Kərimov və akademik Bəkir Nəbiyevin vəfatı ilə əlaqədar olduğunu bildirib.

AMEA Rəyasət Heyəti Humanitar və İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, redaksiya heyətinin yeni tərkibini təsdiq edib.

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının baş redaktoru, akademik İsa Həbibbəyli, müavini, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı, məsul katib isə Aynurə Paşayeva seçiliblər. Redaksiya heyətinin üzvləri Humboldt Universitetinin professoru Yeva Mariya Aux, professor Yavuz Akpınar və Ramazan Korkmaz, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktorları Arif Acaloğlu və Abuzər Bağırov, Ramiz Abutalıbov, Ömər Özcan və Orxan Aras təsdiq olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: