Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın iclası keçirilib
23.10.2015 11:45
  • A-
  • A
  • A+

Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın iclası keçirilib

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şurasının iclası keçirilib.

Tədbirdə çıxış edən şuranın sədri, AMEA-nın müxbir üzvü Amin İsmayılov gündəlikdəki məsələlərlə bağlı məlumat verib. Cari ilin BMT tərəfindən Beynəlxalq Torpaq İli elan edildiyini söyləyən A.İsmayılov bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. O, Niderlandın Vaqeninqen şəhərində yerləşən Beynəlxalq Torpaq Verilənləri Mərkəzinə (ISRIC) səfəri barədə də iştirakçılara məlumat verib.

İclasda Torpaq və su ehtiyatlarının idarəedilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuraya daxil olan elmi-tədqiqat işlərinin mövzuları, doktorantların dissertasiya mövzuları və s. məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə elmi şuranın üzvləri ilə yanaşı, dəvət olunmuş torpaqşünas alimlər də iştirak ediblər.

Sonra Torpaq seksiyasının rəhbəri, akademik Məhərrəm Babayev şuraya daxil olmuş sənədlər barədə ətraflı məlumat verib. Doktorant və dissertantların iştirakı ilə elmi mövzular müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: