Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın 70 illik yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib
29.10.2015 16:27
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib

AMEA Rəyasət Heyətində ölkə başçısının Sərəncamından irəli gələn 70 illik yubiley tədbirinə hazırlıq işləri ilə bağlı geniş müşavirə keçirilib.  AMEA-nın 70 illik yubileyi üzrə İşçi Qrupunun iştirakı ilə təşkil olunan müşavirədə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edib. Yubileyin əhəmiyyətindən danışan akademik tədbirin AMEA tarixinə önəmli gün kimi yazılacağını, Azərbaycan elminin təbliğinə, ölkə miqyasında elmimizin özünəməxsus yer tutmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Yubileyə hazırlıqla əlaqədar artıq bir çox işlərin yüksək səviyyədə görüldüyünü deyən R.Əliquliyev institut və təşkilatların fəaliyyətini, eləcə də Akademiyanın 70 ildə keçdiyi yolu əks etdirən videoroliklərin, filmlərin hazırlandığını, yubileylə bağlı nəşrlərin çap olunduğunu bildirib. Qeyd olunub ki, 70 illik yubileyə həsr olunan, Akademiyanın fəaliyyət istiqamətlərini, AMEA-nın müxtəlif sahələrə verdiyi töhfələri, son illər qazandığı uğurları və əldə etdiyi nailiyyətləri əks etdirən sosial çarx artıq şəhərin mərkəzi küçələrindəki  monitorlarda yayımlanır. Tədbirdən bir neçə gün öncə nəzərdə tutulan sərgidə məhsullar, bukletlər, qiymətli kitablar, yeni nəşlər nümayiş etdiriləcək. Həmçinin hər bir elmi müəssisənin fəaliyyətini özündə ehtiva edən videoroliklər yayımlanacaq.

Müşavirədə yubileyə son hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib, hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə akademik-katib əlavə tədbirlərin həyata keçirilməsinə dair tövsiyyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: